Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL bu gün yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Bakı klubu 21 yaşlılardan ibarət millimizlə qarşılaşıb. Matç AZAL-ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Komandanın qollarını Aydın Qasımov, Oskars Klyava və Valeri Kursenko vurub.
AZAL hazırda ölkə çempionatının turnir cədvəlində 31 xalla 6-cı pillədədir.