"Bakı"nın sabiq məşqçisi "Neftçi"də

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right