"Simurq"da 3 itki

Milli komandanın oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq”da futbolçulara istirahət verilmişdi.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq dünəndən məşqləri bərpa edən "Simurq" növbəti turun hazırlıqlarına start verib.

Çalışmalarda yalnız U-21-in heyətində olan Rəşad Əzizli, Vadim Abdullayev və Vüqar Mustafayev iştirak etməyiblər.

İlk məşq günü baş məşqçi Georgi Çixradze yetirmələrini elə də çox yormayıb. Qaçış və isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda ikitərəfli oyunla hazırlıq tamamlanıb. Bugünkü məşqdə isə əsasən fiziki gücün bərpasından ibarət çalışmalar yerinə yetirilib. 

"Simurq" Premyer Liqanın XXVII turunda AZAL-ı qəbuk edəcək. Qarşılaşma aprelin 1-də, saat 15:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right