"Xəzər adaları Novruz kuboku"nun qalibi "Bakı-2015" oldu

Bu gün "Xəzər adaları Novruz turniri"nin final görüşü oldu.
 
Newsport.az-ın məlumatına görəXəzər TV "Bakı 2015"lə üz-üzə gəldi. Oyunun ilk dəqiqələrindən gərgin başlayan mübarizədə "Bakı 2015" penalti qazandı. Neftçinin MX-nın rəhbəri Gündüz Abbaszadə penaltini düzgün yerinə yetirdi, 1-0. İlk hissə elə bu hesabla yekunlaşdı. İkinci hissədə daha istəkli olan "Bakı 2015" komandası yenə Gündüz Abbaszadı ilə önə keçdi, 2-0. Bir qədər sonra “Bakı 2015”dən Nurani İsgəndərov komandasının üçüncü qolunu öz adına yazdırdı. “Xəzər TV” bu qolun şokundan ayılmamış öz yetirməsi olan, “Xəzər TV”nin sabiq işçisi Emin Abbasov keçmiş komandasını cəzalandırdı, 4-0. Ardınca Gündüz Abbasov het-triki ilə yadda qalsa da, Erkin İbrahimovun matçda “Bakı-2015”in sonuncu, yəni, 6-cı qolunun müəllifi oldu. Qeyd edək ki, Erkin İbrahimovun vurduğu qol oyunda vurulmuş ən baxımlı qol kimi yaddaşlarda qaldı. “Bakı 2015”in 6 qoluna “Xəzər TV” yalnız 2 qolla cavab verdi ki, bu da təsllidən başqa bir şey deyildi

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right