Asmir Beqoviçin "Milan"dakı qazancı müəyyənləşdi

İngiltərənin "Bornmut" klubu mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə İtaliyanın "Milan" klubuna icarəyə verdi.

 

Newsport.az xəbər verir ki, bosniyalı qolkiper "qırmızı-qaralar"la iyunun 30-na qədər müqavilə imzalayıb. Onun bu müddət ərzindəki qazancı 500 min avro olacaq.

 

Komandanın digər yeni transferi Zlatan İbrahimoviçlə də mövsümün sonuna qədər müqavilə bağlanılıb. 38 yaşlı Bosniya və Herseqovina əsilli isveçli forvardın bu müddət ərzində qazancı 3,5 milyon avro olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right