Marko Deviç "Sabah"da! RƏSMİ

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.

 

Newsport.az xəbər verir ki, serb əsilli ukraynalı futbolçu Marko Deviç mövsümün sonuna kimi paytaxt klubunun uğurları üçün çalışacaq.

 

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

 

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

 

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right