Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın zədəli futbolçusu Dani Kintananın son durumu məlum olub.
Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Qol.az-a məlumat verib. Onun sözlərinə görə, bu gün məşqdə iştirak etməyən ispaniyalı yarımmüdafiəçinin zədəsi çox ciddi deyil və yaxın günlərdə komanda ilə birgə məşqə qoşulacaq.
Qeyd edək ki, Dani Kintana Bakıdakı məşq zamanı topuq nahiyəsindən zədələnib.