"Avro-2015"in elit raundunda 7-ci qrupda mübarizə aparacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının oyunlarının hakimləri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yığmamızın oyunlarını Monteneqro, Fransa və İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millimiz qrupda Fransa, İngiltərə və Danimarka yığmaları ilə mübarizə aparacaq.
26 mart
22:30. Fransa - Azərbaycan
Hakimlər: Nikola Dabanoviç, Corciye Raznatoviç (hər ikisi Monteneqro), Vital Jobin, Adrien Yakkottet (hər ikisi İsveçrə)
28 mart
21:30. İngiltərə - Azərbaycan
Hakimlər: Adrien Yakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)
31 mart
22:00. Azərbaycan - Danimarka
Hakimlər: Adrien Yakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)