"LSK Lodz"un baş məşqçisi: Görüşü çox yüksək səviyyədə keçirdik

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Neftçi" dünən yoxlama oyununda Polşa təmsilçisi "LKS Lodz"a 4:0 hesabı ilə məğlub olub. Newsport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Kazimiers Moskal oyunun ardından klubun rəsmi saytına qarşılaşma ilə bağlı açıqlama verib.

"Dörd qol vurmağımızla yanaşı qapımızda qol da görmədik. Mənim üçün ən önəmlisi budur. Düşünürəm ki, çempionatdakı fasilə bizə kömək etdi. Heyətə cəlb edilən yeni oyunçular da komandaya can verdi. Görüşü çox yüksək səviyyədə keçirdikk və layiqli qələbə qazandıq" - deyə, Moskas bildirib.

Qeyd edək ki, "Neftçi" yanvarın 20-si "Dinamo" (Kiyev) və 24-də isə "Desna" klubları ilə daha iki yoxlama oyunu keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right