Azərbaycanlı futbolçu Renat Dadaşov Almaniyada yaşayan erməni repçi Levo ilə dostluğunu davam etdirir.
Newsport.az xəbər verir ki, o, əsl adı Levon olduğu ehtimal edilən Levo və Eno adlı repçilərlə şəklini “Instagram” hesabındakı “Story” bölməsində paylaşıb.
Bu üçlük Almaniyanın Visbaden şəhərində fəaliyyət göstərən bərbər salonlarından birində saçlarını düzəldiblər və şəkil çəkdiriblər. Həmin salon isə öz “Instagram” hesabında bu şəkli paylaşıb. Renat isə məhz bu şəkli öz həyat hekayəsi bölümündə paylaşmaqdan çəkinməyib.