Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Newsport.az-ın məlumatına görə, ölkəsinin "Sport Z1" kanalına danışan mütəxəssis AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə keçirəcəyimiz oyundan söhbət açıb:
"Bizim yaxşı futbolçularımız var. İndi yalnız Malta ilə oyun barədə düşünürük. Bizim oyunçularda istedad problemi yoxdu. Problem futbola baxışdadı. Gözəl futbol sərgiləməyə çalışacağıq. Bir neçə il ərzində Azərbaycan futbolu daha yüksək səviyyədə olacaq. Əsas məqsəd 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olmaqdı".
Yığmamız Robert Prosineçkinin rəhbərliyi altında ilk rəsmi matçını martın 28-də Maltaya qarşı keçirəcək.