Dario Frederiko “Neftçi-2”nin heyətində qol vurdu

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Newsport.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, əvəzedicilər “Qaradağ Lökbatan”la qarşılaşıblar.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, “Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right