Renat Dadaşov "Vulverhempton"da dubl etdi

İngiltərənin "Vulverhempton" klubu "Birmingham County Senior Challenge Cup"da növbəti oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, "canavarlar" "Tividale" ilə qarşılaşmada 6:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin üzvü Renat Dadaşov oyunda 2 qol vurub.

 

20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib. "Vulverhempton" Renatı yenidən icarəyə vermək üçün klub axtarır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right