Xəbər verdiyimiz kimi, tanınmış idman jurnalisti, ATV-də redaktor vəzifəsində çalışan İlkin Fikrətoğlu deputatlığa namizəddir.
Newsport.az xəbər verir ki, MSK onun 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini qeydə alıb.
Bu dairədə İlkin Fikrətoğlunun əsas rəqibləri sənətçi Elza Seyidcahan və Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Sadiq Qurbanovdur.
Xatırladaq ki, Parlament seçkiləri 9 fevral tarixində keçiriləcək