Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Newsport.az xəbər verir ki, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.
Dünyanın ən yaxşı 1000 çalışdırıcısının siyahısında yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın 1054 xalla 571-cidir. O, ötən siyahı ilə müqayisədə 4 pillə irəliləyib.
Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə 818 xalla 674-cü yerdədir. Apenninli 3 pilləlik irəliləyişə nail olub. Hesabında 15 min 620 xal olan “Barselona”nın baş məşqçisi Ernesto Valverde 1-ci yerdədir.