Fransa - Azərbaycan matçının başlama saatı açıqlandı

"Avro-2015"in elit raundunda 7-ci qrupda mübarizə aparacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının oyunlarının vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığmamız ilk matçında meydan sahibləri Fransa ilə qarşılaşacaq.

Həmin görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupda Fransa, İngiltərə və Danimarka yığmaları ilə mübarizə aparacaq.

 

26 mart
22:30. Fransa - Azərbaycan
Sen-Lo. "Lui Velyeme" stadionu.

28 mart
21:30. İngiltərə - Azərbaycan
Bae. "Anri Jan" stadionu.

 

31 mart
22:00. Azərbaycan - Danimarka
Fler. "Stad dyu Haz" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right