"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Adanaspor"da

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbillanın yeni klubunun adına aydınlıq gəlib. 

 

Newsport.az xəbər verir ki, son olaraq "Alanyaspor"da çıxış edən futbolçu "Adanaspor" klubuna transfer olub. Klub saytı kamerunlu hücumçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

 

31 yaşlı futbolçu 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib. O, bölgə klubunda 35 oyuna 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right