“Neftçi” klubu bu gün hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Arif Əsədovun komandası birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib.
“Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib.