Yığmamız Niderlandda qələbə görmədi

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində son oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Vаsif Tаlıbovun çalışdırdığı komanda Polşa ilə matçda 0:3 hesabı ilə uduzub.

 

Polşa 9 xalla A qrupunu lider başa vurub. Niderland 6 xalla 2-ci, Bolqarıstan 3 xalla 3-cü olub. Azərbaycan yığması turniri xalsız tamamlayıb.

 

Yarımfinalda Polşa Türkiyə ilə, Niderland isə Almaniya ilə qarşılaşacaq. Yarışın qalibi olimpiadaya vəsiqə əldə edəcək.

 

Polşa – Azərbaycan – 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Niderland), “Omnisport” idman sarayı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right