Seneqallı futbolçu "Qəbələ"də qaldı

"Qəbələ"nin futbolçusu İbrahima Niasse komandada qalmağa qərar verib.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Yunanıstan Super Liqa təmsilçisi "Lamiya"dan təklif alsa da, müqaviləsinin sonuna qədər "Qəbələ"də qalacaq.

 

Seneqallı futbolçu "qırmızı-qaralar"ın Antalya toplanışına qatılacaq.

 

Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2012-2013 mövsümündə "İnter" (indiki "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right