"Qəbələ" Bakıda məşq edir

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Gündə bir dəfə məşq edən komanda hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçirir.

“Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin komandası 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. Birinci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındao lacaq. Görüş saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right