Beqoviç "Qarabağ"a qayıdır? - "Bornmut" qərarını verdi

“Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra "Bornmut"a qayıdan Asmir Beqoviçin “Aston Villa” və ya “Vest Hem”ə transferi baş tutmayıb.

Komandanın baş məşqçisi Eddi Hou bosniyalı qolkiperin Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqları rəqiblərə verilməsini istəməyib. Bu səbəbdən də 32 yaşlı qolkiperin transferi reallaşmayıb.

Ada mətbuatı Beqoviçin yenidən "Qarabağ"a icarəyə veriləcəyini yazır.

Təcrübəli qolkiper Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right