"İsefa verirəm. Bunun səbəbi də ardıcıl üç oyunda 11 qol buraxmağımızdı. Üstəlik qol da vura bilmədik".
Newsport.az-ın məlumatına görə,nu sözləri U-17-də baş məşqçi postundan yenicə ayrılan Mirbağır İsayev deyib.
İsayev istefasının səbəbini millimizin elit-raunddakı aciz oyunu ilə əlaqələndirib: "Düzünü deyim, uduzmağımızı məni üzmür. Sadəcə mübarizəsiz, qorxaq oyunumuz məni üzür. Uşaqlar mübarizə aparmadan təslim olur. Elit-raundda xaraktersiz və aciz komandamı gördüm. Bax bu məni çox üzdü.
Təbii ki, özümü də qınayıram. Ancaq mən komandama güvənirdim, ümid edirdim. Düzdü, mən futbolçu deyiləm, özüm oynamıram. Komandama inanırdım. U-17ni çalışdırmaq istəmirəm.Çünki fikrimdən dönməyəcəm. AFFA-nın verəcəyi qərara da hörmətlə yanaşıram. Təbii ki, futboldan yox, U-17-dən gedirəm".