Millimizdə baş məşqçi istefası!

Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda biabırçı çıxışla yadda qalan 17 yaşadək futbolçulardan ibarət millimiz baş məşqçisiz qalıb. 

Newsport.az-ın məlumatına görə, millimizin baş məşqçisi Mirbağır İsayev istefa verib. Çalışdırıcı qrupun son oyununda Serbiyaya 0:4 hesablı məğlubiyyətdən sonra komandadan ayrıldığını bildirib. Millimiz elit-raund mərhələsində keçirdiyi üç oyunun hamısında böyük hesabla məğlub olaraq qrupda sonuncu yeri tutub. Mirbağır İsayevin yetirmələri xorvatlara və serblərə 0:4, portuqallara isə 0:3 hesabıyla məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right