AFFA ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba və Peşəkar Futbol Liqasına 50 ədəd top (cəmi 450 ədəd) verilib.
Newsport.az-ın məlumatına görə, klubların hər biri və PFL üçün nəzərdə tutulmuş "Nike" şirkətinin istehsalı olan toplar dövrələrarası fasiləsi zamanı onlara təqdim olunub.
Mövsümün startı ərəfəsində də hər biri kluba və PFL-ə 50 ədəd top (cəmi 450 ədəd) verilib.