Azərbaycan - Malta: bilet satışı davam edir

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də, saat 21:00-da, Tofiq Bəhramov adına  Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununa bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-dir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right