"Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur"

“CBC Sport” kanalının şərhçisi və rəsmisi Rüstəm Əfsərli Gənclər və İdman Nazirliyi barədə ittiham səsləndirib.

Newsport.az-ın məlumatına görə, buna nazirliyin ilin yekunu ilə bağlı açıqladığı nominasiyalarda "CBC Sport"a yer verməməsi səbəb olub. O, "facebook" səhifəsində məsələ ilə bağlı belə bir paylaşım edib:

“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right