Rusiya mətbuatı "Dinamo"nun Ramil Şeydayevdən imtina etməsinin əsl səbəbini açıqlayıb. Newsport.az xəbər verir, bu, heç də azərbaycanlı futbolçunun ehtiyatda qalması ilə bağlı deyil.
"Sportsdaily.ru" saytı "Ramil Şeydayev növbəti dəfə klubunu dəyişir, o, heç yerdə bir mövsümdən artıq qala bilmir" başlıqlı xəbərində həmyerlimizin Moskva təmsilçisindən gedişini legioner limiti ilə əlaqələndirib:
"Dinamo" Şeydayevdən daha çox növbəti mövsümdən qüvvəyə minəcək legioner limitinə (8+17) görə imtina etdi. Ramil Azərbaycan millisində çıxış edir. Buna qədər o, "Zenit" 2, "Rubin", "Trabzonspor", "Jilina" kimi klublarda oynayıb. Amma heç birində bir mövsümdən artıq qalmayıb. Halbuki bir vaxtlar ən istedadlı futbolçulardan biri hesab olunurdu.
"Zenit"in ehtiyat skamyasında oturmadı, özünü fərqli klublarda və ölkələrdə sınadı. Ancaq Şeydayevin qarşısında hələ uzun karyera var".
Qeyd edək ki, Ramilin sabiq klubu "Krılya Sovetov"a qayıdacağı gözlənilir.