Azərbaycan milli Malta ilə qarşılaşacaq

Azərbaycan milli komandası Malta ilə yoldaşlıq oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Görüş gələn il martın 30-da olacaq.

Matçın keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, yığmamız mayda Türkiyə ilə də yoldaşlıq oyunu keçirəcək. Matçın dəqiq vaxtı hələlik açıqlanmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right