“Sabah”ın dünən yollarını ayırdığı Rocer Roxasın yeni komandası artıq müəyyənləşib. Newsport.az saytının goal.com-a istinadən məlumatına görə, hücumçu karyerasını Kolumbiyada davam etdircək.
Belə ki, öncədən də proqnozlaşdırıldığı kimi, 29 yaşlı forvard “Deportes Tolima” ilə anlaşıb. Venesuelalı yeni komandası ilə 1 illik müqavilə bağlayacaq və yanvardan kollektivə qoşulacaq.
Qeyd edək ki, Rocer Roxas "Sabah"a bu ilin yayında Kosta-Rika klubu “Alaxuelense”dən keçmişdi.