"Astana" Qriqorçuku istefaya göndərir

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırmağa hazırlaşır.

 

Newsport.az kazfootball.kz saytına istinadən xəbər verir ki, bir illik müqaviləsi olan ukraynalı mütəxəssisin təzminat məsələsi həll olunduqdan sonra onun ayrılığı açıqlanacaq.

 

"Astana" 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.

 

"Astana"nın yeni çalışdırıcısı da əcnəbi mütəxəssis olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right