FİFA Honkonq Futbol Federasiyasını 27 min 500 avro cərimələyib. Buna səbəb Koreyada təşkil edilən Şərqi Asiya çempionatında honkonqlu fanatların etdiyi hərəkətdir.
Newsport.az xəbər verir ki, həmin turnirdə Honkonq yığmasının azarkeşləri Çinlə qarşılaşmadan əvvəl rəqib ölkənin himnini fitə basıb. Görüş Çin yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Çinlə Honkonq arasında siyasi münasibətlər uzun müddətdir "soyuqdur". Son aylarda Honkoqda antiÇin xarakterli bir neçə aksiya keçirilib.
Xatırlatmaq yerinə düşər ki, ötən il noyabrın 19-da Millətlər Liqasında keçirilən Kosovo - Azərbaycan matçında da eyni hal yaşanmışdı. Kosovolu fanatlar Azərbaycan himnini fitə basmışdılar. Amma indi Honkonqa cərimə tətbiq edən FİFA o vaxt bunu görməzdən gələrək hadisənin üstündən sükutla keçmişdi.