“Sabah” 4 ay əvvəl aldığı futbolçunu göndərdi

“Sabah” Rocer Roxasla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. Honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Roxas bu ilin avqust ayında “Sabah”a keçib. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.

“Sabah” FK Rocer Roxasa gələcək karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right