"Qarabağ"ın sabiq futbolçusu Con Delarj Türkiyəyə qayıdır.
Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi "Boluspor" Çexiyanın "Dinamo Çeske-Budeyovitse" klubunda çıxış edən konqolu hücumçu ilə anlaşıb. 29 yaşlı futbolçunun aylıq maaşı 15 min avro olacaq. Delarj hər oyun üçün əlavə 4,5 min avro bonus alacaq.
Hücumçu ötən mövsüm "Qarabağ"da 10 oyuna 2 qol vurub. O, "Bursaspor"dan Ağdam klubuna keçmişdi.