Azərbaycan millisindən imtina edən futbolçu MOİK-də

Hücumçu axtarışında olan Moskva MOİK-i heyətinə azərbaycanlı futbolçu David Qarayevi cəlb edib. Newsport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı forvardı sınaqdan keçirəcək.

Onunla bağlı araşdırma aparan rusiyalı həmkarlarımız Qarayevin MOİK-ə xeyir verib-verməyəcəyini müzakirə ediblər. Artıq neçə ildi aşağı liqalarda tez-tez klub dəyişən Qarayevin son komandası KAMAZ olub. Bu mövsüm Rusiya Peşəkar Futbol Liqasında 11 qolla bombardirlər yarışında 3-cü yerdə qərarlaşan David baxışdan uğurla keçsə, MOİK-lə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın U-18 yığmasının heyətində Ukrayna ilə yoldaşlıq görüşündə iştirak edən David Qarayev həmin il U-19 millimizə çağırılsa da, "yox" cavabını verib. Buna səbəb hücumçunun vətəndaşığını dəyişmək istəməməsi olub. Çünki həmin vaxt o, "OİK Xabarovsk"a rusiyalı futbolçu kimi lazım olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right