Milli komandanın üzvləri yenə "yoxa çıxdılar"

Eritreya millisinin bəzi üzvləri növbəti dəfə dünya futbol ictimaiyyətinin gündəminə düşüb.

Newsport.az xəbər verir ki, Uqandada regional turnirə qatılan yığmanın 7 futbolçusu "itkin düşüb". Gizlicə aradan çıxan oyunçular komandanı geri qaytaran təyyarəyə minməyiblər. Yerli polislərin milli üzvlərinin axtarışına başladığı bildirilib.

Eritreyalı futbolçular ilk dəfə deyil, bu cür addım atırlar. Ölkələrindəki həyat şəraitindən narazı olan bəzi oyunçular bundan əvvəl millinin heyətində getdikləri Uqanda, Botsvana, Keniya, Anqola və Tanzaniyada da "yoxa çıxıblar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right