"Zirə" üçün Türkiyə, Rumıniya və Serbiya klubları

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəllidir. Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisi yanvarın 3-dən Bakıda bir araya gələcək.

Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda burada “İC Santai” otelində məskunlaşacaq.

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Zaur Həşimovun başçılıq etdiyi kollektiv yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Qartallar” yanvarın 22-də Bakıya dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right