Turabovun komandasına 1 qol bəs etdi

Futbol üzrə Albaniya çempionatında 17-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Luftetari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Eltun bu görüşün iştirakçısı olmayıb. 

“Biliş” 17 turdan sonra 30 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right