"Sumqayıt" 25-ə çatdı

“Neftçi” ilə 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Azərbaycan kubokunda 25-ci oyununu keçirib. Bu matçdakı qolsuz heç-heçə komandanın 5-ci sülhü olub. Sumqayıtın eyniadlı təmsilçisi 9 qələbə qazanıb və 11 dəfə uduzub. 29 qol vuran komanda 34 top buraxıb.


Azərbaycan kubokunda 2010/11 mövsümündə debüt edən “Sumqayıt” ilk oyununu 1/16 finalda keçirib. Komanda səfərdə Bakı “Lokomotiv”inə qalib gəlib – 2:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right