"Zirə"nin futbolçusunu soyan azyaşlı qızlar saxlanıldı

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulqabının oğurlanmasını bildirib.

Newsport.az-ın məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları müəyyən edərək saxlayıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right