Riad Rəfiyev Robert Prosineçki ilə görüşəcək

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki ilə danışıqlar aparılacaq.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssislə AFFA-nın adından "Sumqayıt"ın prezidenti Riad Rəfiyev görüşəcək. Görüşün İstanbul və ya Zaqrebdə reallaşacağı vurğulanıb.

Danışıqların yanvarın əvvəlinə qədər davam edəcəyi gözlənilir.

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right