Beqoviçdən ayrılıq mesajı: "Qarabağ"da möhtəşəm dönəm keçirdim"

“Qarabağ”la müqaviləsi başa çatan və “Bornmut”a məxsus olan Asmir Beqoviç sosial şəbəkə hesabında açıqlama verib.

Newsport.az-ın məlumatına görə, bosniyalı qapıçı Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə"yə qalib gəldikləri oyun barədə yazıb və "Qarabağ"dan ayrılacağına işarə vurub:

"Ötən gecə kubokun yarımfinalına çıxmaq üçün gözəl qələbə qazandıq. Bu möhtəşəm klubda mənim üçün xoş bir dönəm oldu. İndi isə tətil zamanı".

Beqoviç Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb. 32 yaşlı qapıçının xidmətində İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem" maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right