Gürcüstanlı hücumçu Davit Volkov "Qəbələ"dən ayrılıb.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu "qırımızı qaralar"ın yeni təklifini qəbul etməyib. Daha sərfəli müqavilə istəyən əcnəbi hücumçuya Premyer Liqanın digər klublarından təklif var.
Volkov ötən mövsümün qış fasiləsində "Saburtalo"dan "Qəbələ"yə keçmişdi. O, bu mövsüm 16 oyuna 7 qol vurub.