Jelko Sopiç: "Futbolçularla problemim yoxdur"

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə məğlub olan "Sabah"ın baş məşqçisi Jelko Sopiçin matçdan sonra mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis 2:3 hesabıyla bitən görüşü şərh edib:

- Rəqibi mərhələ keçdiyi üçün təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə gəldilər və qol vurdular. Oyunçularıma bu gün meydanda verdiyi hər şey üçün təbrik edirəm.

- Hendrik Ekşteynin "Sabah"dakı gələcəyi qalıbmı, yoxsa bu gün bitdi?
- Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və sonra gördüklərimi prezidentlə menecerə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right