"Qəbələ" İdman Klubunu "Jale" şirkəti ilə sponsorluq müqaviləzi imzalayıb.
Newsport.az-ın məlumatına görə, şirkətin marketinq direktoru Amid Səfərov əməkdaşlıqla bağlı fikirlərini bildirib:
"Jale" müstəqillik dövrünün ilk istehsalçı markalarından biridi. Yarandığı gündən bazarda öz mövqeyini qorumuş markadı. Dünyanın 20-dən çox ölkəsində satışı təşkil olunan Azərbaycan markasıdı. Şirkətimiz müstəqil marketinq siyasəti yürüdür. Aparılan danışıqlardan sonra "Qəbələ" İdman Klubu ilə əməkdaşlıq etməyi qərara aldıq. Bu gün bizim üçün qürurverici bir məqamdı. Azərbaycan idmanın inkişafına dəstəyimizi veririk. Eyni zamanda, "Qəbələ" Azərbaycan idmanına töhfə verən bir klubdu. Çox sevindirici haldı ki, 2 köklü, tanınmış brend əməkdaşlığa başlayır".
Daha sonra Səfərov jurnalitləsrin suallarını cavablandırıb...
- Müqavilə müddəti nə qədərdi?
- 1.5 illikdi.
- Müqavilənin artırılması üçün nə olmalıdı?
- Əsas şərtlərdən biri kommersiya ilə yanaşı, Azərbaycan idmanına dəstəkdi. Bu, 51 faiz təşkil edir. Kommersiya məqsədi isə brendin ölkədə tanıdılmasıdı.
- Hansı halda müqavilə ləğv oluna bilər?
- Bu büdcə bizim satışlarımıza uyğun olaraq ayrılır. Büdcə satılan məhsuldan formalaşan bir şeydi. Satışımız davam etdiyi müddətcə heç bir problem yoxdu.