Turabovun komandasına 1 qol bəs etdi

Futbol üzrə Albaniya çempionatında 16-cı turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Eltun bu görüşün iştirakçısı olmayıb. 

“Biliş” 16 turdan sonra 27 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right