"Qəbələ" və "Zirə" yarımfinalda Yenilənib

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.

Newsport.az saytının məlumatına görə, bu gün ilk iki yarımfinalçı bəlli olacaq.

Öncə “Zirə” ilə “Səbail” üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmayıb.

Günün digər qarşılaşması “Sabah”la “Qəbələ” arasında baş tutacaq. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi bu cütün aşkar favoritinə çevrilib. Amma paytaxt təmsilçisi də sonadək mübarizə aparmağa çalışacaq.

“Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları isə sabah baş tutacaq.

Azərbaycan kuboku
 

1/4 finalın cavab oyunları
 

19 dekabr

18:00. “Sabah” – “Qəbələ” - 2:3
Qollar:
 Davit Volkov, 22 (0:1), 23 (0:2), Bəhlul Mustafazadə, 62 (1:2), Klesio Bauk, 64 (1:3), Bəhlul Mustafazadə, 76 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”
İlk oyun - 0:3

15:00. “Zirə” – “Səbail” - 1:0
Qol: 
Sezar Rodrigez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right