2020-ci il fevralın 15-də “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun təqdimat mərasimi keçiriləcək.
Newsport.az xəbər verir ki, təqdimat mərasimi klubun bazasında keçiriləcək. Bu barədə “AZE Nakhchivan-Köln SK”-nın mətbuat xidməti məlumat yayıb. Almaniyanın Köln şəhərində keçiriləcək təqdimat mərasiminə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda Almaniya mediası dəvət olunacaq.
Bundan başqa, Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda, futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət adamları və media nümayəndələri dəvətlilər sırasında olacaq. Tədbirdə eyni zamanda klubun planları haqqında məlumat veriləcək, komandanın forması və saytı təqdim olunacaq.