Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin təyinatları müəyyənləşib. Newsport.az saytının məlumatına görə, qarşılaşmaları idarə edəcək hakimlərin adları açıqlanıb.
AFFA Hakimlər Komitəsi cavab qarşılaşmalarında təcrübəli referilərə etibar edəcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 dekabr (cümə axşamı)
15:00. “Zirə” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”
20 dekabr (cümə)
17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”
20:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
Qeyd: Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.