Kubokda 4 debüt

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk görüşü "Zirə"də 4 debütlə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, 4 futbolçu komandanın heyətində ilk kubok görüşünə çıxıb. Bunlar Elvin Camalov, Alvaro Ampuero, Miloş Bakraç və Nicat Süleymanovdur.

Bununla da turnirdə “qartallar”ın şərəfini qoruyan oyunçuların sayı 82-yə çatıb. 0:0 hesabı ilə başa çatan bu görüşədək 78 futbolçu kubok görüşlərində “Zirə”nin formasını geyinmişdi.

1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la oyununda (4:0) 9 futbolçu “Zirə”də ilk kubok matçına çıxmışdı. Bunlar Tapdıq Əhmədov, Kənan Cəfərov, Cəlal Hüseynov, Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde və İbrahim Aslanlı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right